Qazaxıstanlı sahibkar Timur Turlov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni prezidenti seçilib.
Sportify.az xəbər verir ki, seçki Özbəkistanın Səmərqənd şəhərində keçirilən FIDE Baş Assambleyasında baş tutub.
38 yaşlı Turlovun rəqibləri Vadim Rozenşteyn və Yan Henrik Byuttner olub. İlk turda Turlov 50 faiz səs toplayıb. Qələbə üçün isə 50 faizdən əlavə bir səs tələb olunub. Nəticədə ikinci tura Turlovla Rozenşteyn keçib.
İkinci turda Turlov 110 səs toplayaraq FIDE prezidenti seçilib. Səsvermədə ümumilikdə 196 nümayəndə iştirak edib, onlardan biri son turda bitərəf qalıb.
Turlov 2022-ci ilədək Rusiya vətəndaşlığı daşıyıb. Daha sonra Rusiya vətəndaşlığından imtina edərək Qazaxıstan, həmçinin Sent-Kits və Nevis pasportlarını əldə edib.
O, 2023-cü ildə Qazaxıstan Şahmat Federasiyasının prezidenti seçilib.
FIDE-nin əvvəlki prezidenti rusiyalı Arkadi Dvorkoviç olub. Avropa İttifaqı iyulun 23-də Dvorkoviçi sanksiya siyahısına daxil edib. Bundan sonra Dvorkoviç prezidentlik səlahiyyətlərinin icrasını könüllü olaraq dayandırıb.



No Comment! Be the first one.