Özbəkistanın Səmərqənd şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında bu gün son turun görüşləri keçirilib.
Sportify.az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi Serbiyaya 2,5:1,5 hesabı ilə, qadınlar yığması isə İrana 3:1 hesabı ilə qalib gəlib.
Kişilərin yarışında Məhəmməd Muradlı qələbə qazanıb, Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı və Eltac Səfərli isə heç-heçə edib.
Qadınlara gəldikdə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva qalib gəlib, Günay Məmmədzadə isə heç-heçə edib.
Ümumdünya Şahmat Olimpiadası
XI tur
27 sentyabr
Kişilər
Serbiya – Azərbaycan – 1,5:2,5
Aleksey Sarana – Şəhriyar Məmmədyarov – 0,5:0,5
Aleksandar İndiç – Aydın Süleymanlı – 0,5:0,5
Aleksandr Predke – Məhəmməd Muradlı – 0:1
Boyan Maksimoviç – Eltac Səfərli – 0,5:0,5
Qadınlar
İran – Azərbaycan – 1:3
Mobina Alinasib – Ülviyyə Fətəliyeva – 0:1
Melika Mohammadi – Gövhər Beydullayeva – 0:1
Mitra Əsgərzadə – Günay Məmmədzadə – 0,5:0,5
Nazif Parva Behzad – Xanım Balacayeva – 0:1
Bu nəticələrdən sonra kişilərdən ibarət Azərbaycan yığması 11 oyundan 17 xalla 5-ci yeri tutub. Qadınlar isə 15 xal toplayıblar.


No Comment! Be the first one.