Mahir Emreli: Özümü yaxşı hiss edirəm, sabahkı oyuna hazıram
“Özümü yaxşı hiss edirəm, sabahkı oyuna hazıram”.
Sportify.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli Millətlər Liqasının D Liqasında səfərdə Litvaya qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
29 yaşlı hücumçu hazırkı durumunun yaxşı olduğunu bildirib: “Düşünürəm ki, sabahkı oyunda da problem olmayacaq. Matça tam hazıram”.
O, Litva ilə oyunda yaxşı nəticə qazanmaq istədiklərini qeyd edib: “Bunun üçün əlimizdən gələni edəcəyik. Bizi çətin rəqibə qarşı görüş gözləyir”.
Qeyd edək ki, Litva – Azərbaycan oyunu sentyabrın 27-i Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərində baş tutacaq.



No Comment! Be the first one.