Fransa millisinin kapitanı kim olacaq?
Fransa milli komandası UEFA Millətlər Liqasının növbəti oyununda meydana kapitanı Kilian Mbappesiz çıxacaq.
Sportify.az xəbər verir ki, sentyabrın 26-da Zinəddin Zidanın rəhbərliyi altında ilk matçına çıxan Fransa yığması səfərdə Türkiyə millisini 1:0 hesabı ilə məğlub edib.
Qarşılaşmada zədələnən Kilian Mbappe milli komandanın düşərgəsini tərk edib.
Bu səbəbdən Fransa millisinin Belçikaya qarşı keçirəcəyi görüşdə kapitan sarğısını hücumçu Usman Dembele taxacaq.
Belçika – Fransa matçı sentyabrın 28-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.



No Comment! Be the first one.