“Arsenal”ın oyunu drona görə dayandırıldı
İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində keçirilən “Arsenal” – “Flitvud” matçı drona görə müvəqqəti dayandırılıb.
Sportify.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.
Flitvuddakı “Hayberi” stadionunda keçirilən görüşdə fasilə 8 dəqiqə davam edib. Daha sonra oyun bərpa olunub.
Qeyd edək ki, “Arsenal” İngiltərə Premyer Liqasında 8 turdan sonra 21 xalla “Mançester Siti” ilə liderliyi bölüşür. “Flitvud” isə İngiltərə futbol liqaları sistemində dördüncü səviyyədə çıxış edir.



No Comment! Be the first one.