"Qarabağ" Abbas Hüseynovla yollarını ayırdı - RƏSMİ
“Qarabağ” futbolçusu Abbas Hüseynovla yollarını ayırıb.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2017-ci ildə “Qarabağ”a keçən müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
O, komanda ilə birlikdə 7 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.
Futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.


No Comment! Be the first one.