Torres sabiq komanda yoldaşını PSJ-yə çağırır
Fransa PSJ-sinin futbolçusu Ferran Torres İspaniya “Barselona”sının yarımmüdafiəçisi Pedrinin Paris klubuna transfer olunmasını istəyir.
Sportify.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.
İspaniya millisində komanda yoldaşı olan Torres Pedrini PSJ-yə keçməyə razı salmağa çalışır. İki futbolçu yaxın dostdur və daha əvvəl “Barselona”da birlikdə çıxış ediblər.
Torres bir müddət əvvəl Pedri üçün darıxdığını da açıqlamışdı.
Qeyd edək ki, “Transfermarkt” Pedrinin bazar dəyərini 150 milyon avro qiymətləndirir. 23 yaşlı futbolçu bu mövsüm 8 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.



No Comment! Be the first one.