Georgi Adamiya Gürcüstan yığmasının baş məşqçisi oldu
Gürcüstan milli komandasının baş məşqçisi dəyişib.
Sportify.az xəbər verir ki, Ramaz Svanadze 2028-ci ilin sonunadək yığmaya rəhbərlik edəcək.
45 yaşlı mütəxəssis bu postda 2021-ci ilin fevralından komandaya rəhbərlik edən fransalı Villi Sanyolu əvəzləyib.
Fransalı baş məşqçinin rəhbərliyi altında Gürcüstan millisi 57 oyun keçirib. Onun dönəmində komanda tarixində ilk dəfə Avropa çempionatının final mərhələsində iştirak edib. Gürcülər 2024-cü ildə keçirilən turnirdə qrup mərhələsini keçərək ən yaxşı 16 komanda sırasına daxil olublar.
Svanadze isə bu günədək Gürcüstanın U-21 yığmasının baş məşqçisi olub. O, gənclər komandası ilə birlikdə iki dəfə Avropa çempionatının final mərhələsində iştirak edib.
Gürcüstan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi son üç oyunda Svanadzeni onun köməkçisi Georgi Adamiya əvəzləyəcək.
Gürcüstan Futbol Federasiyası Sanyola milli komandada keçirdiyi müddətə görə təşəkkür edib.
Qeyd edək ki, Georgi Adamiya vaxtilə futbolçu Azərbaycanda “Neftçi”, “Bakı”, “Qarabağ” və “İnter”in (hazırkı “Şamaxı”) formasını geyinib.



No Comment! Be the first one.