Hörüksaç futbolçuya görə iki qırmızı vərəqə - VİDEO
CONCACAF Millətlər Liqasında Antiqua və Barbuda ilə Angilya arasında keçirilən oyunda qeyri-adi hadisə baş verib.
Sportify.az-ın məlumatına görə, meydan sahiblərinin 5:0 hesabı ilə öndə olduğu qarşılaşmada Angilya millisinin 36 yaşlı futbolçusu Eydon Sipionun saçlarını dartdıqları üçün iki futbolçu qırmızı vərəqə ilə cəzalandırılıb.
“Roarinq Layons” klubunda çıxış edən Sipio ayaqlarına qədər uzanan hörük saçları ilə diqqət çəkib. 72-ci dəqiqədə Kion Qrin onun saçından dartaraq geriyə çəkib. Haitili baş hakim Uikelson Bonnet Qrinə birbaşa qırmızı vərəqə göstərib.
Hadisədən sonra Antiqua və Barbuda futbolçularının eyni hərəkəti təkrarlamayacağı gözlənilsə də, bu, baş verməyib. 90+3-cü dəqiqədə Şalon Nayt da Sipionun saçından dartıb və o da qırmızı vərəqə ilə meydandan qovulub.
Lakin Antiqua və Barbuda 9 nəfərlə başa vurduğu qarşılaşmada Angilyanı 5:0 hesabı ilə məğlub edib.



No Comment! Be the first one.