Gimnastımız Dünya Kubokunda medal qazandı
Fransanın Paris şəhərində keçirilən idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kubokunda Nikita Simonov uğurlu çıxışı ilə fəxri kürsüdə yer alıb.
Sportify.az xəbər verir ki, təsnifat mərhələsində halqalar proqramında 14.033 xal toplayaraq 4-cü pillədə qərarlaşan gimnast finala yüksəlib.
Həlledici mərhələdə çıxışını daha yüksək nəticə ilə tamamlayan Nikita Simonov 14.133 xal toplayaraq bürünc medal qazanıb.
Beləliklə, Parisdə keçirilən “Challenge” seriyasına aid Dünya Kuboku Azərbaycan üçün daha bir medalla yadda qalıb.



No Comment! Be the first one.