“Sumqayıt”da yeni basketbolçu
“Sumqayıt” basketbol klubu heyətini amerikalı basketbolçu ilə gücləndirib.
Klubdan Sportify.az-a bildirilib ki, “gənclik şəhəri” təmsilçisi 27 yaşlı forvard Malek Qrinlə mövsümün sonunadək müqavilə imzalayıb.
Amerikalı basketbolçu son olaraq ABŞ-nin “Yanqstoun Steyt” komandasında çıxış edib. O, komandanın heyətində keçirdiyi son mövsümdə hər oyuna orta hesabla 10,1 xal və 5,7 ribaundla yadda qalıb.
Karyerası ərzində Lüksemburq, Vyetnam, Xorvatiya, İngiltərə və Almaniya çempionatlarında da çıxış edən Malek Qrin Almaniyada hər oyuna orta hesabla 11,6 xal və 5,6 ribaundla fərqlənib.



No Comment! Be the first one.