Ayxan Hüseynov: Litva ilə oyunda azarkeşlərimizi sevindirəcəyik
Azərbaycan millisi UEFA Millətlər Liqasının III turunda Lixtenşteyn yığması ilə qolsuz heç-heçə edib – 0:0.
Matçdan sonra millimizin futbolçusu Ayxan Hüseynov Sportify.az-a açıqlama verib.
Futbolçu növbəti oyunda qələbə qazanacaqlarına inandığını bildirib. O, qol epizodlarını dəyərləndirə bilsəydilər, 6-7 qol vura biləcəklərini qeyd edib:
“İnanırıq, əlbəttə. Dediyim kimi, epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol epizodundan fərqlənə bilərdik. Onlardan yararlansaydıq, bu gün hamımız burada sevinər, gülüb danışardıq. Amma alınmadı. İnşallah, Litva ilə oyunda bunu həyata keçirəcəyik.
Bu gün stadionda az sayda azarkeş var idi. Litva ilə növbəti oyunda tribunaların dolacağına ümid edib-etmədiyimi deyə bilmərəm. Amma biz yenə də ölkəmizi sevindirmək istəyirik. Təəssüf ki, alınmadı. Bir neçə oyundur ki, istədiyimiz nəticəni əldə edə bilmirik. Futbol belədir. Keçmiş oyunu unudub diqqətimizi növbəti matça yönəltməliyik. Qələbə qazanmaq istəyiriksə, pozitiv olmalı və qarşıdakı oyuna köklənməliyik.
Əlbəttə, ölkəmizi və azarkeşlərimizi düşünürük, onları sevindirmək istəyirik. Bu gün alınmadı, amma inşallah, üç gün sonra əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək”.



No Comment! Be the first one.