Verstappen Bəhreyn Qran Prisinin ilk sərbəst yürüşündə ən sürətli oldu
Formula 1 üzrə Bəhreyn Qran Prisinin ilk sərbəst yürüşü keçirilib.
Sportify.az xəbər verir ki, Red Bull komandasının pilotu Maks Verstappen sessiyanı birinci pillədə başa vurub. Niderlandlı sürücü ən yaxşı dövrəsini 1 dəqiqə 37,520 saniyəyə tamamlayıb.
Mercedes komandasının pilotu Corc Rassel Verstappendən 0,383 saniyə geri qalaraq ikinci olub. Red Bull-un digər pilotu İsak Həcər isə liderdən 0,783 saniyə geri qalaraq üçüncü yeri tutub.
Bəhreyn Qran Prisinin ilk sərbəst yürüşündə ilk onluqda yer alan digər pilotlar Çarlz Lekler (Ferrari), Andrea Kimi Antonelli (Mercedes), Luis Hamilton (Ferrari), Pyer Qasli (Alpine), Liam Louson (Racing Bulls), Arvid Lindblad (Racing Bulls) və Niko Hülkenberq (Audi) olub.


No Comment! Be the first one.