Dünya çempionatı: Millimizin ilk rəqibi bəlli oldu
Cüdo üzrə dünya çempionatının qarışıq mübarizəsində Azərbaycan millisinin ilk rəqibi müəyyənləşib.
Sportify.az xəbər verir ki, kişi və qadınlardan ibarət birləşmiş komanda mübarizəyə 1/16 finaldan başlayacaq.
İlk rəqib isə Avstriya olacaq.
Bu cütün qalibi 1/8 finalda Yaponiya ilə üz-üzə gələcək.
Qarışıq komanda mübarizəsi oktyabrın 11-də olacaq. 4 – 10 oktyabrda isə fərdi yarışlar baş tutacaq.


No Comment! Be the first one.