İsmail Kartal: Belə bir matçda qazanmaq və ya uduzmaq önəmli deyil
Azərbaycanın “Turan Tovuz” komandası ilə Türkiyənin “Fənərbağça” klubu arasında keçirilən yoxlama oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Sportify.az xəbər verir ki, qarşılaşmadan sonra “Fənərbağça”nın baş məşqçisi İsmail Kartal matçla bağlı fikirlərini bölüşüb.
O, dəvətə görə təşəkkürünü bildirib və belə görüşlərdə nəticənin əsas olmadığını vurğulayıb:
“Azərbaycan və Türkiyə – iki dövlət, bir millət. Münasibətlərimizi inkişaf etdirmək, qardaşlıq bağlarımızı gücləndirmək məqsədilə bizi bu gün buraya dəvət ediblər. Dəvət üçün təşşəkkür edirəm. Gözəl oyun oldu və qalib gəldik. Belə bir matçda qazanmaq və ya uduzmaq önəmli deyil. Əsas odur ki, yenidən gözəl təməl qoyduq və gələcəyə doğru mühüm addımlar atdıq. Təşkilatçılığa görə hər kəsə təşəkkür edirəm”.



No Comment! Be the first one.