Bakı səfəri öncəsi “Borussiya”da Karetsas həyəcanı: Yığmaya müraciət olundu
Dortmund “Borussiya”sı Yunanıstan yığmasının məşqçilər korpusuna müraciət edərək gənc yarımmüdafiəçi Konstantinos Karetsasın Almaniya ilə matçda az yüklənməsini istəyib.
Sportify.az xəbər verir ki, bu barədə “Sky Germany” məlumat yayıb. Xəbərə görə, Bundesliqa təmsilçisi 18 yaşlı futbolçunun son vaxtlar ardıcıl meydana çıxmasından və yaranan fiziki gərginlikdən ciddi narahatdır. Karetsas Millətlər Liqasında Yunanıstanın hər üç matçına əsas heyətdə başlayıb, o cümlədən Almaniya üzərində qazanılan tarixi qələbədə 90 dəqiqə meydanda qalıb. Bundan əlavə, istedadlı oyunçunun toplanış öncəsi qan dövranı ilə bağlı problem yaşadığı da qeyd olunur.
Qrupda 7 xalla lider olan yunanlar üçün isə əsas fiqurlardan birini ehtiyatda saxlamaq asan seçim deyil. Dortmund klubu futbolçunu beynəlxalq fasilədən sonra “Verder”lə qarşılaşmaya və qarşıdakı vacib oyunlara tam hazır saxlamaq niyyətindədir.
Xatırladaq ki, “Borussiya” oktyabrın 20-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakıda “Sabah”ın qonağı olacaq.


No Comment! Be the first one.