“Arsenal” evini tərk etmək istəmədi: “Emireyts” layihəsi dəyişdirildi
Londonun “Arsenal” klubu ev oyunlarını keçirdiyi “Emireyts” stadionunun irimiqyaslı yenidənqurma layihəsindən imtina edib.
Sportify.az xəbər verir ki, 2024-cü ildən bu istiqamətdə fəaliyyət göstərən xüsusi işçi qrupunun hazırladığı plan 60 minlik arenanın tutumunun əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tuturdu. Lakin rəhbərlik tribunaların tam rekonstruksiyasından vaz keçərək stadionun ayrı-ayrı sektorlarının mərhələli şəkildə müasirləşdirilməsi və fanatlar üçün şəraitin yaxşılaşdırılması qərarına gəlib.
“The Athletic” nəşrinin yaydığı məlumata görə, əsas səbəb genişmiqyaslı tikinti işləri zamanı “Arsenal”ın ev matçlarını başqa arenada keçirmək məcburiyyətində qalacağı olub.
Xatırladaq ki, “topçular” 2006-cı ilə qədər rəqiblərini 35 minlik tarixi “Hayberi”də qəbul edib, həmin ildən etibarən isə “Emireyts”ə köçüb.



No Comment! Be the first one.