Formula 1: Ferstappen mövsümdə ilk qələbəsini qazandı
“Red Bull” pilotu Maks Ferstappen Formula 1 üzrə 2026-cı il mövsümünün 16-cı mərhələsi olan Bəhreyn Qran-prisinin qalibi olub.
Sportify.az xəbər verir ki, 29 yaşlı niderlandlı pilot yarışa poul mövqeyindən başlayıb.
Startda iki pillə geriləyən Ferstappen “Mercedes”in pilotları Andrea Kimi Antonelli və Corc Rassellin arxasına düşüb. Lakin yarışın gedişində mövqeyini geri qaytaran niderlandlı pilot finişə qədər liderliyini qoruyaraq mövsümdə ilk qələbəsini əldə edib.
İkinci yeri “Mercedes”in pilotu Andrea Kimi Antonelli tutub. “Ferrari”nin 7 qat dünya çempionu Lüis Həmilton isə yarışı üçüncü pillədə başa vurub.
Beləliklə, Maks Ferstappen 56 dövrədən ibarət Bəhreyn Qran-prisində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.



No Comment! Be the first one.