Azərbaycan – Litva oyununda yerli və qonaq azarkeş sayı bəlli oldu
Azərbaycan və Litva yığmaları arasında bu gün keçiriləcək UEFA Millətlər Liqasının oyununa indiyədək 3 000 bilet satılıb.
Bu barədə Sportify.az-a AFFA-nın mətbuat katibi Aidə Əliyeva məlumat verib.
Onun sözlərinə görə, bura təkcə tribunalara deyil, skaybokslara satılan biletlər, eləcə də dəvətnamələr daxildir.
Litvanın 15min.lt saytı AFFA-ya istinadən oktyabrın 3-dək cəmi 400 biletin satıldığını yazıb. Lakin Əliyeva təmsil etdiyi qurumdan belə bir məlumatın verilmədiyini söyləyib: “Bizə Litva mətbuatından heç bir sorğu daxil olmayıb. Yəqin ki, UEFA nümayəndəsindən soruşub yazıblar və onlara tribunada olacaq say deyilib”.
Əliyeva onu da əlavə edib ki, tribunada 120 litvalı azarkeş də olacaq.
Qeyd edək ki, bu gün “Palms Sports Arena”da keçiriləcək Azərbaycan – Litva matçı saat 16:00-da başlanacaq.


No Comment! Be the first one.