"Sumqayıt" "Mehdi Hüseynzadə"də oynayası olmadı
“Sumqayıt” klubu qarşıdakı ən azı iki ev oyununda da rəqiblərini “SOCAR Polymer Arena”da qəbul edəcək.
Sportify.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Oktyabrın 10-da VII turun “Qəbələ”, oktyabrın 16-da isə VIII turun “Araz-Naxçıvan”la ev oyunları isə “SOCAR Polymer Arena”da keçiriləcək.
Səbəb kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qazonunda aparılan renovasiya işlərinin davam etməsi göstərilib.
Misli Premyer Liqasında X turun “Sumqayıt” – “Şəfa” oyunundan öncə stadiona baxış keçiriləcək və vəziyyətə uyğun olaraq qərarlar qəbul olunacaq.



No Comment! Be the first one.