Dünya çempionatı: Cüdoçularımızdan bir gündə iki medal - YENİLƏNDİ
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında final görüşünə çıxıb.
Sportify.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində rəqib gürcüstanlı üçqat dünya və üçqat Avropa çempionu Tato Qriqalaşvili olub.
Qızıl xal bölümündə uduzan Tçkayev karyerasında ilk dəfə dünya çempionatında gümüş medal qazanıb. Qriqalaşvili isə dördqat dünya çempionu (2022, 2023, 2024, 2026) olub.
Beləliklə, Azərbaycanın dünya çempionatındakı medallarının sayı 4-ə yüksəlib. Daha əvvəl Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıb.
————————————
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 3-cü yer uğrunda görüşə çıxıb.
Sportify.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində rəqib qazaxıstanlı Abilayxan Jubanazar olub.
Qarşılaşmadan ayrılan Rəcəbli bürünc medal qazanıb.

Beləliklə, Azərbaycanın dünya çempionatındakı medallarının sayı 4-ə yüksəlib.
Daha əvvəl Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb. Dördüncü medalı isə 81 kq çəkidə finala yüksələn Zelim Tçkayev təmin edib.



No Comment! Be the first one.