"Qarabağ"ın daha 2 legioneri zədələndi
“Qarabağ” komandası bu gün səfərdə “İmişli”yə qarşı keçirəcəyi Misli Premyer Liqasının VII tur matçına itkilərlə çıxacaq.
Klubun mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, zədə üzündən Dieqo Rosa, Toafek İsmail, Elvin Cəfərquliyev və Bəhlul Mustafazadə oynamayacaq.
Cəfərquliyev və Mustafazadə uzun müddətə sıradan çıxıblar. Rosa və İsmail isə çempionatdakı milli fasilə zamanı məşqlərdə xəsarət alıb.
Qeyd edək ki, bu gün Yevlax şəhər stadionunda keçiriləcək oyun saat 16:00-da başlanacaq.


No Comment! Be the first one.