Gimnastlarımızdan Çexiyada 4 medal
Çexiyada keçirilmiş batut gimnastikası üzrə beynəlxalq turnir Azərbaycan təmsilçiləri medallar qazanıblar.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, böyüklər arasında qarışıq sinxron proqramda çıxış edən Nicat Mirzəyev və Ayan Şabanova 44,860 xal toplayaraq gümüş medala yiyələnib.
13–14 yaş qrupu üzrə sinxron proqramda Ömər Qasımlı və Muhamməd Həsənli 45,210 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yeniyetmələr arasında fərdi proqramda Ammar Baxşalıyev 55,830 xalla, Samirə Hüseynova isə 50,470 xalla qızıl medala layiq görülüblər.
Beləliklə, Azərbaycan gimnastları turniri üç qızıl və bir gümüş medalla başa vurublar.


No Comment! Be the first one.