Daha bir boksçumuz Avropa çempionu oldu
Azərbaycan daha bir boksçusu Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatının qalibi olub.
Sportify.az xəbər verir ki, bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə Məhəmmədəli İstamov (57 kq) qalxıb.
O, finalda Con Elamı (İngiltərə) məğlub edib – 4:1 (29:28, 30:27,28:29, 29:28, 29:28).
Beləliklə, Azərbaycan millisi U-17 Avropa çempionatını 8 (2-3-3) medalla başa vurub. İstamovdan öncə Cəmilə Muradlı (57 kq) qızıl, Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.
Qeyd edək ki, çempionatda 40 ölkədən 473 (314 oğlan, 159 qız) idmançı mübarizə aparıb.



No Comment! Be the first one.