Babək Quliyevə növbəti təyinat
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Sportify.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Quliyev UEFA Gənclər Liqasının liqa mərhələsində keçiriləcək “Sabah” – “Slaviya” (Çexiya) oyununda hakim-inspektor olacaq.
O, Norveçdən olan hakimlər briqadasının idarəçiliyini qiymətləndirəcək.
Qeyd edək ki, qarşılaşma oktyabrın 13-də “Əlincə Arena”da keçiriləcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 15:00-da səslənəcək.



No Comment! Be the first one.