“Azarkeş dəstəyi çox olsa, bizim üçün daha yaxşı olar”
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Sabah” doğma meydanda Çexiya təmsilçisi “Slaviya Praqa”nı edəcək.
Sportify.az xəbər verir ki, matçdan əvvəl keçirilən çətbuat konfransında “Sabah”ın futbolçusu Rəhman Daşdəmirov matçla bağlı fikirlərini bölüşüb:
– Sabah tarixi bir görüş olacaq. “Sabah” komandasının, eyni zamanda şəxsən mənim də ilk oyunumuz olacaq. Çalışacağıq ki, xalqımızın qarşısında yaxşı çıxış edək. Ümid edirəm ki, stadion dolar, azarkeşlərimiz gələr. Çalışacağıq ki, xalqımızı sevindirək və yaxşı nəticə qazanaq. Yaxşı hazırlaşmışıq, rəqibi də analiz etmişik. Ümid edirəm ki, üç xal qazanaraq xalqımızı sevindirərik.
– Meydançanın vəziyyəti necədir? İdeal vəziyyətdə olduğunu demək olarmı?
– Düzdür, biz burada bir dəfə məşq etmişik, amma bu məşq ərzində stadion çox yaxşı vəziyyətdə idi. Yəni, qalanı da yaxşıdır.
– “Qarabağ”ın Çempionlar Liqasında oynadığı dövrdə də Bakı Olimpiya Stadionunu görmüşük. Bu stadion Azərbaycan futbolu üçün böyük əhəmiyyət daşıyır. Sizcə, burada oynamaq, yoxsa Tofiq Bəhramov adına Respublika Stadionunda və ya başqa stadionda çıxış etmək daha yaxşı olardı? Bakı Olimpiya Stadionunda özünüzü daha rahat hiss edəcəksiniz?
– Məncə, burada azarkeş tutumu çox olduğuna görə azarkeş dəstəyi də çox olacaq. Fikrimcə, bura bizim üçün daha uyğundur. Düzdür, Tofiq Bəhramov adına Respublika Stadionu Azərbaycan üçün tarixi məkandır, amma Bakı Olimpiya Stadionu böyükdür və azarkeş tutumu daha çoxdur. Məncə, azarkeşlər nə qədər çox olsa, dəstək də bir o qədər çox olar və bu, bizim üçün daha yaxşıdır.
Bahar Rüstəm


No Comment! Be the first one.