Anar Hacıyev "Qarabağ"dan ayrıldı
“Qarabağ”da kadr dəyişikliyi baş verib.
Sportify.az xəbər verir ki, klubun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb.
2023-cü ilin sentyabrından bu vəzifədə çalışan Hacıyevin fəaliyyəti dövründə komanda 2 dəfə Azərbaycan çempionluğu, 1 dəfə ölkə kubokunu qazanıb. O, kollektivlə birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offa yüksəlməsinin, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin həyəcanını yaşayıb.
Klubdakı fəaliyyəti dövründə nüfuzlu “Johan Cruyff” institutunun diplomunu alan Hacıyev Avropa Klublar Birliyinin İşçi qrupuna seçilib.
“Qarabağ” Anar Hacıyevə klubda göstərdiyi xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.



No Comment! Be the first one.