Könül Mikayılova ETTU Konqresində
Bu gün Sloveniyanın paytaxtı Lyublyana şəhərində Avropa Stolüstü Tennis Birliyinin (ETTU) Konqresi işə başlayıb.
Sportify.az xəbər verir ki, toplantıya Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova da qatılıb.
Konqresin gündəliyində bir sıra mühüm məsələlər yer alıb. ETTU prezidentinin açılış nitqindən sonra quruma üzv assosiasiyaların iştirakı təsdiqlənəcək, müvafiq komissiyaların və konqres sədrinin təyin edilməsi, gündəliyin təsdiqi, yeni üzvlük müraciətlərinə baxılması və təşkilatın illik fəaliyyət hesabatı müzakirə ediləcək.
Həmçinin, ETTU-nun strateji icra planı, 2025-ci ilin maliyyə və audit hesabatları, 2027-ci il üçün büdcə, auditorların təyin edilməsi, müxtəlif təklif və qətnamələr, eləcə də Audit Komissiyasının üzvləri seçiləcək.
Konqresdə ötənilki toplantıdan sonra İcraiyyə Şurasının gördüyü işlərin təsdiqi, fəxri üzvlərin təyin edilməsi və fəxri nişanların təqdim olunması məsələlərinin də müzakirəsi planlaşdırılır.
Bununla yanaşı, 2027-ci ildə keçiriləcək Avropa çempionatlarının təqdimatı, növbəti Konqresin keçiriləcəyi yer və tarixin müəyyənləşdirilməsi, eləcə də digər məsələlər nəzərdə tutulub.



No Comment! Be the first one.