Çempionlar Liqasında 78 qolluq rekord
UEFA Çempionlar Liqasının oktyabrın 13-14-də keçirilən oyunlarında 78 qol vurulub.
Sportify.az xəbər verir ki, “Opta Analyst” statistik portalının X sosial şəbəkəsində yaydığı məlumata görə, bu, 2024/2025 mövsümündən bəri bir turun oyunlarında qeydə alınan ən yüksək göstəricidir.
Əvvəlki rekord ötən mövsümün II turuna məxsus idi. Həmin vaxt komandalar ümumilikdə 71 qol vurmuşdular.
Turun qollarından 2-si Bakıda Azərbaycanın “Sabah” və Çexiyanın “Slaviya Praqa” komandaları arasındakı görüşdə vurulub – 2:0.
Qeyd edək ki, 2025/2026 mövsümünün Çempionlar Liqasının qalibi Fransa PSJ-si olub. Paris təmsilçisi finalda İngiltərənin “Arsenal” klubunu penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
2026/2027 mövsümünün finalı isə 2027-ci il iyunun 5-də İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” stadionunda keçiriləcək.



No Comment! Be the first one.