Çempionlar Liqasının turnir cədvəli - "Sabah" neçəncidir?
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II tur matçlarından sonra turnir cədvəli açıqlanıb.
Sportify.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” 3 xalla 22-ci yerdə qərarlaşıb.
Lakin hazırda 12 – 24-cü pillələrdə qərarlaşmış 13 klubun, o cümlədən, növbəti rəqib olan Almaniya təmsilçisi “Borussiya Dortmund”un da bu qədər xalı var. Dortmundlular top fərqində daha üstün olduqları üçün 18-ci mövqedə yer alıblar.
2 oyundan maksimum sayda – 6 xalı 9 klub toplayıb. Daha 2 komanda isə 4 xala malikdir.
Ümumilikdə 36 klubdan 4-ü 1 xal əldə edibsə, daha 8-i, o cümlədən, Türkiyə təmsilçisi “Qalatasaray” xalsızdır.




No Comment! Be the first one.