Konfrans Liqasında bu gün 18 oyun keçiriləcək
Bu gün UEFA Konfrans Liqasının liqa mərhələsinin I turu çərçivəsində 18 qarşılaşma baş tutacaq.
Sportify.az xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Trabzonspor” səfərdə Finlandiyanın KuPS klubu ilə qarşılaşacaq. Türkiyə təmsilçisi avrokuboklarda yeni mövsümə qələbə ilə başlamağa çalışacaq.
Günün diqqətçəkən görüşlərindən biri Xorvatiyada keçiriləcək. Belə ki, “Hayduk” Niderlandın “Ayaks” komandasını qəbul edəcək. İtaliyanın “Atalanta” klubu Kiprin “Pafos” komandası ilə, İngiltərənin “Brayton” klubu isə Litvanın “Kauno Jalgiris” kollektivi ilə üz-üzə gələcək.
15 oktyabr
20:45
– KuPS (Finlandiya) – “Trabzonspor” (Türkiyə)
– “Luqano” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya)
– “Hayduk” (Xorvatiya) – “Ayaks” (Niderland)
– “Gent” (Belçika) – “Orxus” (Danimarka)
– “Eqnatiya” (Albaniya) – “Midtyulland” (Danimarka)
– “Myellbü” (İsveç) – “İnter Eskaldes” (Andorra)
– “Panatinaikos” (Yunanıstan) – “Borats” (Bosniya və Herseqovina)
– MOİK (Sofiya, Bolqarıstan) – “Monako” (Fransa)
– “Riqa” (Latviya) – “Kayrat” (Qazaxıstan)
– “Universitatya Krayova” (Rumıniya) – “Xetafe” (İspaniya)
23:00
– “Atalanta” (İtaliya) – “Pafos” (Kipr)
– “Brayton” (İngiltərə) – “Kauno Jalgiris” (Litva)
– “Kopenhagen” (Danimarka) – “Braqa” (Portuqaliya)
– “Tvente” (Niderland) – “Tun” (İsveçrə)
– “Harts” (Şotlandiya) – “Nordsyelland” (Danimarka)
– “Sint-Tröyden” (Belçika) – “İberiya” (Tbilisi, Gürcüstan)
– “Frayburq” (Almaniya) – “Yablonets” (Çexiya)
– “Brann” (Norveç) – “Linkoln Red İmps” (Cəbəllütariq)



No Comment! Be the first one.