Holann Messinin iki rekordunu üstələdi
İngiltətərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Holann UEFA Çempionlar Liqasının tarixində iki rekord müəyyənləşdirib.
Sportify.az xəbər verir ki, norveçli hücumçu turnirin əsas mərhələsinin II turunda Fransa PSJ-si ilə qarşılaşmada dubl edib.
Holann bununla Çempionlar Liqasında 60 qol həddinə ən sürətli çatan futbolçu olub. 26 yaşlı forvard bu göstəriciyə 60 matçda nail olub. Əvvəlki rekord Lionel Messiyə məxsus idi. Argentinalı hücumçu 60-cı qolunu 80-ci oyununda vurmuşdu.
Bundan başqa, Holann turnirin tarixində 60 qol həddinə çatan ən gənc futbolçu olub. Hücumçu bu göstəriciyə 26 yaş 85 günlüyündə nail olaraq Messinin rekordunu bir gün yaxşılaşdırıb.
O, cari mövsümdə bütün turnirlərdə 9 oyuna çıxıb və 10 qol vurub.
Qeyd edək ki, görüş PSJ-nin qələbəsi ilə yekunlaşıb – 4:2.



No Comment! Be the first one.