Sisse avrokuboklarda tarixə düşdü
“Milan”ın yarımmüdafiəçisi Alfaco Sisse avrokuboklarda het-trik edən ən gənc italiyalı futbolçu kimi tarixə düşüb.
Sportify.az xəbər verir ki, 19 yaşlı futbolçu bu nailiyyətə UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda Avsyriya təmsilçi “Zaltsburq”la keçirilən görüşdə imza atıb. “Milan”ın 4:0 hesablı qələbəsi ilə başa çatan matçda Sisse üç qol vurub.
O, 19 yaş 358 günlüyündə bu nəticəyə nail olub. Sisse cəmi iki gün əvvəl müəyyənləşdirilən rekordu yeniləyib. Həmin vaxt Belçikanın “Brügge” klubunun hücumçusu Nikolo Trezoldi UEFA Çempionlar Liqasında Milan “İnter”inə qarşı görüşdə (4:3) 22 yaş 54 günlüyündə het-trik etmişdi.
Trezoldidən əvvəl rekord “Yuventus”un əfsanəvi hücumçusu Alessandro Del Pyero məxsus idi. İtaliyalı futbolçu 1997/1998 mövsümündə Çempionlar Liqasının yarımfinalında “Monako” ilə matçda (4:1) üç qol vuraraq 23 yaş 144 günlüyündə bu göstəriciyə imza atmışdı.



No Comment! Be the first one.