Yuri Maksimov: Əlimizi yanımıza salmalı deyilik
“İlk yarıda pis oynamırdıq. Bir qol vurduq. Lakin fasilədən sonra özgüvəni itirdik və iki qol buraxdıq”.
Sportify.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimov səfərdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssisin sözlərinə görə, futbolçular hesabı qoruyub saxlamaq istəsələr də, buna nail ola bilməyiblər.
O, komandanın potensialını belə dəyərləndirib: “Nəyimiz varsa, onunla da davam etməliyik. İstənilən halda, əlimizi yanımıza salmalı deyilik. Qarşıda nə olacağını bilmək olmaz”.
Maksimov klubun rəhbəri Zaur Axundovun oyundan sonra paltardəyişmə otağında dediklərini açıqlamaq istəməyib: “Bu, daxili məsələdir, açıqlaya bilmərəm”.



No Comment! Be the first one.