Ronaldu mineral su istehsalına yatırım etdi
Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu mineral su istehsalı üzrə yeni brendin yaradılmasına 10 milyon avro investisiya yatırıb.
Sportify.az “SIC Notícias”a istinadən xəbər verir ki, 41 yaşlı hücumçunun tərəfdaşı Portuqaliyanın “Grupo Outeirinho” şirkətidir.
Şirkət də layihəyə 10 milyon avro sərmayə qoyacaq. Beləliklə, ümumi investisiyanın həcmi 20 milyon avro təşkil edəcək. Ronaldunun yeni biznesdə payı 50 faiz olacaq.
Hazırda Portuqaliyanın Braqansa bələdiyyəsinin Qoştеy yaşayış məntəqəsində suyun qablaşdırılması zavodunun tikintisi aparılır. Tikintinin başa çatdırılması və məhsulun həm Portuqaliyada, həm də xarici bazarlarda satışına 2027-ci ilin sonunadək başlanılması planlaşdırılır. Brendin hazırlanması ilə İtaliyanın dizayn şirkəti məşğul olur.
“Grupo Outeirinho” layihənin həyata keçirilməsi nəticəsində onlarla yeni iş yerinin açılacağını bildirib. Şirkətin məlumatına görə, o, Portuqaliyanın su bazarının 45 faizinə nəzarət edir.
Qeyd edək ki, Kriştianu Ronaldu daha əvvəl mineral su brendi “Ursu9″un ortaq sahibi olub. Brend 2023-cü ilin iyununda Madriddə təqdim edilib.



No Comment! Be the first one.