Mbappe 500-ə çatdı
İspaniya “Real Madrid”inin futbolçusu Kilian Mbappe klub karyerasında bütün turnirlər nəzərə alınmaqla 500-cü məhsuldar hərəkətinə imza atıb.
Sportify.az xəbər verir ki, fransalı hücumçu bu əlamətdar göstəriciyə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda İtaliyada “Roma” ilə görüşdə çatıb.
“Kral klubu” qarşılaşmadan 4:3 hesablı qələbə ilə ayrılıb.
“Opta”nın məlumatına görə, 27 yaşlı hücumçu indiyədək Fransanın “Monako” və PSJ komandaları da daxil olmaqla, ümumilikdə 378 qol vurub və 122 məhsuldar ötürmə edib.
Mbappe cari mövsümdə də məhsuldarlığı ilə diqqət çəkir. O, keçirdiyi 11 oyunda 10 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Real Madrid” növbəti matçını oktyabrın 18-də İspaniya çempionatında “Sevilya”ya qarşı keçirəcək.



No Comment! Be the first one.