“Borussiya Dortmund”un fubolçusu: Rəqibi yaxşı analiz etmişik
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda təmsilçimiz “Sabah” doğma meydanda Almaniya təmsilçisi “Borussiya Dortmund”u qəbul edəcək.
Sportify.az xəbər verir ki, matçdan əvvəl keçirilən mətbuat konfransında “Borusiya Dortmund”un futbolçusu Daniel Svensson matçla bağlı fikirlərini bölüşüb:
“Ümumi ab-hava yüksəkdir. Bir müddətdir ki, “Sabah”a qarşı hazırlaşırıq. Sabah meydana çıxsam, ən yaxşısını etməyə çalışacağam. Üz-üzə gəkə biləcəyim oyunçuları da analiz etmişəm. Hər bir halda ən yaxşısını etməyə, komandaya fayda verməyə çalışacağam”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Bahar Rüstəm




No Comment! Be the first one.