Abdulax Xaybulayev: Rəqib güclü idi, amma onlarla oynamaq mümkündür
“Sabah”ın futbolçusu Abdulax Xaybulayevin evdə Almaniya təmsilçisi “Borusiya Dortmund”a 1:2 hesabı ilə məğlub olduqları UEFA Çempionları Liqasının Liqa mərhələsinin III tur matçından sonra Sportify.az-a müsahibəsi:
– Görüşü necə dəyərləndirirsiniz?
– Maraqlı oyun oldu. Bəzi məqamlarda qarşılaşma bərabər səviyyədə keçsə də, səviyyə fərqi, məharət və təcrübə özünü göstərdi. Rəqib də kifayət qədər çətin idi.
– Oyun gözlədiyinizdən daha çətin idi, ya asan?
– Bəli, təbii ki, güclü rəqibdir. Onlar Almaniya çempionatında hazırda birinci yerdədirlər. Buna görə də bizi güclü rəqibin gözlədiyini bilirdik. Amma düşünürəm ki, onlarla oynamaq mümkündür.
– Bu oyundakı yorğunluq qarşıdakı “Qarabağ”la matça təsir edəcəkmi?
– Bəli, düşünürəm ki, yorğunluq olacaq. Bəlkə də “Qarabağ”la oyunda bəzi rotasiyalar edəcəyik. Baxarıq, vəziyyət necə olacaq.
– Oyuna çıxarkən qələbə qazanacağınıza inanırdınızmı?
– Təbii ki, inanırdıq. Meydana çıxanda inanırdıq ki, yaxşı oynaya və qələbə qazana bilərik. Təəssüf ki, məğlub olduq.
Bahar RÜSTƏM



No Comment! Be the first one.