Aden Makkarti: Ölkəmin dəstəyini həmişə hiss edirəm
“Sabah”ın futbolçusu Aden Makkartinin evdə Almaniya təmsilçisi “Borusiya Dortmund”a 1:2 hesabı ilə məğlub olduqları UEFA Çempionları Liqasının Liqa mərhələsinin III tur matçından sonra Sportify.az-a müsahibəsi:
– Oyunla bağlı düşüncələriniz nələrdir?
– Nəticə yaxşı olmadı. Əlbəttə, bu oyundan öyrənəcəyimiz çox şey var. Amma Çempionlar Liqasında ilk oyunum olması karyeram baxımından mənim üçün çox böyük hadisədir. Bu oyunu heç vaxt unutmayacağam.
– Oyunun atmosferi necə idi? Azarkeşlərin dəstəyi matça necə təsir etdi?
– Atmosfer yaxşı idi. Mənim gəldiyim yerdə də böyük stadionlarda, 100 min azarkeş qarşısında oynamışam. Buna görə atmosfer mənə təsir etmir. Oyuna kökləndikdən sonra bütün diqqətimi yalnız meydana və oyuna yönəldirəm.
– “Borussiya Dortmund”la ağır oyundan sonrakı yorğunluq “Qarabağ”la matçınıza necə təsir edəcək?
– Meydanda etdiyim hər şeyi öyrənmə prosesimin bir hissəsi kimi qəbul edirəm ki, növbəti oyunda daha yaxşı çıxış edim. Həmişə inkişaf etdirə biləcəyim məqamlar olur. Fərdi olaraq özümü təkmilləşdirməyə çox tələbkar yanaşıram. Komandama kömək etmək üçün əlimdən gələni edəcəyəm.
– Bəs “Barselona”ya qarşı da qol vurmağı planlaşdırırsınız?
– İnşallah! Ümid edirəm ki, vurarım.
– Ölkənizdən olan azarkeşlərinizə nə demək istərdiniz?
– Ölkəmin dəstəyini hər zaman hiss edirəm. Ölkəmi və insanlarımızı çox sevirəm. Göstərdikləri bütün dəstəyə görə minnətdaram.
– Növbəti oyunda məqsədiniz nədir: bir xal, yoxsa üç xal?
– Futbolda hər şey mümkündür. Bir komanda iki qol vurur, rəqib bir qol vurur və ya əksinə olur. Dörd qol da vura bilərsən, qolsuz da qala bilərsən. Hər şey mümkündür. Biz isə əlimizdən gələni etdik.
– ÇL-də növbəti matçınız “Vikinq”ə qarşı olacaq. Həmin oyuna hazırsınız?
– Bu oyunu səbirsizliklə gözləyirik. Qarşıdakı bütün matçlara hazırlaşırıq.



No Comment! Be the first one.