Şahmatçımız özbək ulduzu məğlub etdi - FOTOLAR
Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə klublararası Avropa Kubokunda V tur başa çatıb.
Sportify.az xəbər verir ki, kişi şahmatçıların yarışında Azərbaycanı təmsil edən “Vüqar Həşimov” komandası Slovakiyanın “Slaviya” klubuna 2,5:3,5 hesabı ilə uduzub.
Hazırda “Vüqar Həşimov”un aktivində 6 xal və komanda 22-ci pillədə qərarlaşıb.
Qadın şahmatçıların yarışında çıxış edən “Odlar Yurdu” Serbiyanın “Srvena Zvezda” klubunu 3:1 hesabı ilə məğlub edib. 5 turdan sonra hesabında 8 xalı olan “Odlar Yurdu” turnir cədvəlində 2-3-cü yerləri bölüşür.
“Vüqar Həşimov” klubunda Rauf Məmmədov, Aydın Süleymanlı, Şiroğlan Talıbov, Read Səmədov, Xəzər Babazadə, Vüqar Manafov və Kənan Qarayev, “Odlar Yurdu”nun heyətində isə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova mübarizə aparır.
Qeyd edək ki, IV turda “Vüqar Həşimov”un heyətində yarışan Aydın Süleymanlı özbəkistanlı şahmat ulduzu Nodirbek Abdusattarovu məğlub etməklə diqqətə səbəb olub.
Bu gün Avropa Kubokunda VI turun partiyaları oynanılacaq. “Vüqar Həşimov” Almaniyanın “FC St.Pauli 1910”, “Odlar Yurdu” isə Lüksemburqun “Gambit Bonnevoie” klubu ilə üz-üzə gələcək.
Avropa Kubokuna oktyabrın 23-də yekun vurulacaq.







No Comment! Be the first one.