İsveçrə millisinin dünya çempionatında iştirak etməməsinin səbəbi bəlli oldu
İsveçrənin U-15 yaş qrupu üzrə milli komandasının Bakıda keçiriləcək dünya çempionatına qatılmamasının səbəbi açıqlanıb.
Sportify.az xəbər verir ki, İsveçrə Futbol Assosiasiyasının mətbuat katibi Serjio Affuso məsələ ilə bağlı Sport24.ru portalına danışıb.
O bildirib ki, qurum FIFA-dan dəvəti iyunun 25-də alıb, iyulun 9-da isə idman və texniki amilləri nəzərə alaraq turnirdə iştirakdan imtina edib.
Affusonun sözlərinə görə, hazırda İsveçrədə U-15 millisi üçün perspektivli futbolçuların seçilməsi prosesi davam edir. Dekabr ayına qədər işlər üç regionlararası hazırlıq mərkəzində aparılacaq.
Dekabrın ortalarında təşkil olunacaq turnirdən sonra hər birində 30 futbolçunun yer alacağı iki qrup yaradılacaq. Oyunçuların bölgüsü onların fiziki inkişaf səviyyəsi və inkişaf tempinə — erkən və ya gec inkişaf etmələrinə əsasən həyata keçiriləcək.
Qeyd edək ki, FIFA-nın təşkilatçılığı ilə keçiriləcək U-15 dünya çempionatı oktyabrın 22-dən 31-dək Bakıda baş tutacaq.


No Comment! Be the first one.