Fiqu: "Mourinyo "Barselona" üçün əla məşqçi ola bilərdi"
İspaniyanın “Barselona” və “Real” klublarının keçmiş yarımmüdafiəçisi Luiş Fiqu hesab edir ki, Joze Mourinyo “Barselona” üçün yaxşı məşqçi ola bilərdi.
Sportify.az xəbər verir ki, Fiqu bu barədə “Mundo Deportivo”ya açıqlama verib.
“Qvardiola baş məşqçi vəzifəsinə təyin olunmazdan əvvəl də Mourinyo haqqında söhbətlər gedirdi. Bu, yəqin ki, onda “Barselona”ya başçılıq etmək üçün lazım olan keyfiyyətləri gördükləri üçün idi. Biz orada birlikdə olduğumuz zaman onun təcrübəsi çatmaya bilərdi, amma zamanla “Barselona” üçün əla məşqçi ola bilərdi. Əgər qayıtsaydı, klubun fəlsəfəsini mükəmməl başa düşər və komandanı yaxşı tanıyardı” – deyə Fiqu qeyd edib.



No Comment! Be the first one.