AFFA İntizam Komitəsi cəzaları açıqladı
AFFA İntizam Komitəsi aşağı liqalar və müxtəlif yaş qrupları üzrə keçirilən oyunlarla bağlı qərarlarını açıqlayıb.
Sportify.az xəbər verir ki, qərarlara əsasən, bir sıra futbolçular və məşqçilər cəzalandırılıb, klublar isə müxtəlif məbləğlərdə cərimələnib.
İntizam Komitəsinin qərarları:
18.10.2026-cı il tarixində II Liqada VIII turun “Hypers”– “Ağdaş” oyununun 76-cı dəqiqəsində “Hypers” komandasının 5 nömrəli futbolçusu Ramin Məhərrəmov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Hypers” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
18.10.2026-cı il tarixində II Liqada VIII turun “Hypers”– “Ağdaş” oyununda “Ağdaş” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
18.10.2026-cı il tarixində II Liqada VIII turun “Hypers”– “Ağdaş” oyunu bitdikdən sonra “Ağdaş” komandasının rəhbəri Ruslan Hüseynov hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Ağdaş” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
18.10.2026-cı il tarixində II Liqada VIII turun “Şirvan”– “Ağstafa Gəncləri” oyununda “Şirvan” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
18.10.2026-cı il tarixində II Liqada VIII turun “Şirvan”– “Ağstafa Gəncləri” oyununun 85-ci dəqiqəsində “Şirvan” komandasının baş məşqçisi Pərviz Bayramov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şirvan” komandası 250 manat cərimə edilsin (maddə 51.2);
18.10.2026-cı il tarixində II Liqada VIII turun “Şirvan”– “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Ağstafa Gəncləri” komandası 150 manat cərimə edilsin (maddə 84.1);
18.10.2026-cı il tarixində II Liqada VIII turun “Kür-Araz”– “Marafon” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Kür-Araz” komandası 150 manat cərimə edilsin (maddə 84.1);
19.10.2026-cı il tarixində II Liqada VIII turun “Şəmkir”– “Difai” oyununda “Şəmkir” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
19.10.2026-cı il tarixində II Liqada VIII turun “Şəmkir”– “Difai” oyununun 88-ci dəqiqəsində “Şəmkir” komandasının 99 nömrəli futbolçusu Elçin Qasımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Şəmkir” komandası 300 manat cərimə edilsin (maddə 45.1);
19.10.2026-cı il tarixində II Liqada VIII turun “Şəmkir”– “Difai” oyununun təşkilati-texniki öhdəliklər pozulduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Şəmkir” komandası 250 manat cərimə edilsin (maddə 99, 94, 68);
19.10.2026-cı il tarixində II Liqada VIII turun “Şəmkir”– “Difai” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Şəmkir” komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 57.2);
19.10.2026-cı il tarixində II Liqada VIII turun “Şəmkir”– “Difai” oyununda “Difai” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Difai” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
20.10.2026-cı il tarixində II Liqada VIII turun “Şəki”– “Zəngəzur” oyununda “Zəngəzur” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Zəngəzur” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
20.10.2026-cı il tarixində II Liqada VIII turun “Şəki”– “Zəngəzur” oyununda “Zəngəzur” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Zəngəzur” komandası 150 manat cərimə edilsin (maddə 84.1);
20.10.2026-cı il tarixində II Liqada VIII turun “Qaradağ Lökbatan” – “Dinamo” oyununun 70-ci dəqiqəsində “Dinamo” komandasının 20 nömrəli futbolçusu Valeh Seyidov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra yenidən rəqibə təcavüzkar davranış etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Dinamo” komandası 300 manat cərimə edilsin (maddə 45.1);
20.10.2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilmiş Dinamo (Bakı) FK – Kəpəz PFK oyununda Dinamo (Bakı) FK komandasının heyətində çıxış edən 14 nömrəli futbolçu Əli Qasımov qarşılaşmanın 95-ci dəqiqəsində hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 51.2);
17.10.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş İmişli FK – Şəfa FK oyununda Şəfa FK komandasının baş məşqçisi Vasif Haqverdiyev oyundan sonra öz oyunçusuna qarşı təcavüzkar davranışına görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın (maddə 45.1, 94, 99);
17.10.2026-cı il tarixində AFFA U-14 Qızlar Liqasının Sabah FK – Ulduz FA oyununda Ulduz FA komandası Əsasnaməyə uyğun yaş limitini pozduğu üçün Ulduz FA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 50);
17.10.2026-cı il tarixində AFFA U-14 Qızlar Liqasının Türkan (Bakı) – Neftçi oyununda Türkan (Bakı) komandası Əsasnaməyə uyğun yaş limitini pozduğu üçün Türkan (Bakı) komandasına texniki məğlubiyyət verilsin. Hesab0 olduğu kimi saxlanılsın (maddə 50).



No Comment! Be the first one.