Ronaldunun komandasının ÇL oyunu təxirə salındı
Asiya Futbol Konfederasiyası (AFK) Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” və BƏƏ təmsilçisi “Əl-Vasl” komandaları arasında keçirilməsi nəzərdə tutulan Asiya Çempionlar Liqasının Qərb zonası üzrə matçın vaxtını dəyişib.
Sportify.az xəbər verir ki, oktyabrın 26-da Ər-Riyadda oynanılmalı olan görüş qeyri-müəyyən müddətə təxirə salınıb. Qarşılaşmanın nə vaxt keçiriləcəyi ilə bağlı qərarın sonradan açıqlanacağı gözlənilir.
Matçın təxirə salınmasına səbəb regionda təhlükəsizliklə bağlı narahatlıqların olmasıdır. Məlumata əsasən, Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri Ər-Riyad və ölkənin cənub istiqamətinə yönələn raket və pilotsuz uçuş aparatlarını zərərsizləşdirib. Hadisə nəticəsində düşən qalıqlar iki nəfərin xəsarət almasına səbəb olub.
Bununla yanaşı, husilərin paytaxtdakı Kral Xalid Beynəlxalq Hava Limanına qarşı hücum təhdidləri də vəziyyətə təsir göstərib. Təhlükəsizlik səbəbindən regionda keçirilməsi planlaşdırılan digər idman tədbirlərinin də təxirə salındığı bildirilir. Bu tədbirlər arasında “Six Kings Slam” tennis turniri də yer alır.
Xatırladaq ki, turnirin ilk iki turundan sonra “Əl-Nəsr” üç xal toplayıb. “Əl-Vasl” isə hələlik xal hesabını aça bilməyib.



No Comment! Be the first one.