“Liverpul”dan yeni antirekord
“Liverpul” İngiltərə Premyer Liqasının VIII turunda “Brayton”u məğlub etsə də, oyunda topa sahibolma göstəricisi ilə diqqət çəkib.
Sportify.az xəbər verir ki, bu barədə “Opta Sport” statistika portalının məlumat yayıb. Mersisayd təmsilçisi “Enfild” stadionunda keçirilən qarşılaşmada rəqibini 2:0 hesabı ilə üstələyib. Bununla belə, komanda matç ərzində cəmi 35,6 faiz topa sahib olub.
Bu göstərici 2003/04 mövsümündən bəri “Liverpul”un Premyer Liqada öz meydanında qazandığı qələbələr arasında ikinci ən aşağı nəticədir.
Komanda sonuncu dəfə 2010-cu ilin noyabrında “Çelsi” ilə görüşdə daha aşağı topa sahibolma göstəricisi ilə qələbə qazanıb. Həmin qarşılaşmada “Liverpul” topa cəmi 35,3 faiz sahib olsa da, rəqibini 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, səkkiz turdan sonra “Liverpul” 15 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Brayton” isə 16 xalla üçüncü yerdədir.



No Comment! Be the first one.