Həbib Nurməhəmmədov "El Klasiko"da
UFC-nin sabiq yüngül çəki çempionu Həbib Nurməhəmmədov İspaniya La Liqasının 10-cu turunda keçirilən “Barselona” – “Real Madrid” matçından fotolar paylaşıb.
Sportify.az xəbər verir ki, Nurməhəmmədov paylaşımında “Barselona” – “Real Madrid” qarşılaşmasını idman tarixinin ən diqqətçəkən rəqabətlərindən biri kimi qiymətləndirib. O, həmçinin matç zamanı stadiondakı atmosferlə bağlı fikirlərini bölüşüb.
Paylaşılan fotolardan birində Nurməhəmmədov Niderland futbolunun sabiq nümayəndələri Ronald Kuman və Frank Raykardla birlikdə görüntülənib. O, hər iki futbolçunu atasının danışdıqları vasitəsilə tanıdığını qeyd edib.
Qarşılaşmada “Real Madrid”in hücumçusu Kilian Mbappe 41-ci və 87-ci dəqiqələrdə iki qol vurub. “Barselona”nın yeganə qoluna isə 61-ci dəqiqədə Rafinya imza atıb.



No Comment! Be the first one.