Luiş Nani klubundan ayrıldı
Portuqaliya millisinin və “Mançester Yunayted”in sabiq hücumçusu, 2016-cı ilin Avropa çempionu Luiş Nani “Aktobe”dən ayrıldığını açıqlayıb.
Sportify.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Qazaxıstan çempionatının 14-cü turunda “Astana”ya qarşı keçirilən və “Aktobe”nin 2:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşma Nani üçün klubun evdə keçirdiyi son oyun olub.
Nani paylaşımında “Aktobe”dəki fəaliyyətinin başa çatdığını və klubda keçirdiyi dövrdən məmnun qaldığını bildirib. O, komandada və Qazaxıstanda olduğu müddətdə ona göstərilən münasibətə görə təşəkkür edib.
Nani bu ilin yanvarından “Aktobe”nin formasını geyinirdi. O, klubun heyətində 25 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.



No Comment! Be the first one.