“Bu ikonanı çap edib, evdə asacağam”
“Real Madrid”in qapıçısı Andrey Luninin həyat yoldaşı Anastasiya Tomazova futbolçunun İspaniya çempionatının 10-cu turunda “Barselona”ya qarşı keçirdiyi oyundakı (2:1) çıxışına münasibət bildirib.
Sportify.az xəbər verir ki, Tomazova sosial şəbəkədə fotomontajla ukraynalı qapıçının üzünün ikonaya əlavə edildiyi görüntünü paylaşıb.
“Bu ikonanı çap edib evdə asacağam” — deyə Anastasiya yazıb.

27 yaşlı Luninin bu görüşü cari mövsümdə “Real Madrid”in heyətində keçirdiyi ilk matç olub. Ukraynalı qapıçı xəstəliyi səbəbindən qarşılaşmanı buraxan Tibo Kurtuanı əvəz edib.
Lunin matç ərzində bir neçə dəfə komandasını qoldan xilas edib və bir çox analitikin fikrincə, yaxşı oyun nümayiş etdirib.
İspaniya çempionatının növbəti turunda “Real Madrid” noyabrın 1-də səfərdə “Rasinq”lə qarşılaşacaq. “Barselona” isə bir gün əvvəl doğma meydanda “Alaves”i qəbul edəcək.



No Comment! Be the first one.