“AZERRAİL” və “Neftçi” uduzdu
Kişi voleybolçuların Super Liqasında II tura start verilib.
Sportify.az xəbər verir ki, bu gün turun iki oyunu baş tutub.
GİN Voleybol Mərkəzində keçirilən görüşdə “ORDU” komandası “Neftçi” ilə qarşılaşıb. FHN-in idman zalında təşkil olunan digər oyunda isə “Xilasedici” komandası “AZERRAIL” ilə üz-üzə gəlib.

Qarşılaşmaların hər ikisi 3:0 hesabı ilə başa çatıb. “ORDU” komandası “Neftçi” üzərində, “Xilasedici” isə “AZERRAIL” komandası üzərində qələbə qazanıb.
II turun son oyunu oktyabrın 30-da GİN Voleybol Mərkəzində “Murov Az Terminal” və “Gənclər” komandaları arasında keçiriləcək.
Super Liqa (kişilər)
II tur
28 oktyabr
“ORDU” – “Neftçi” 3:0 (25:22, 25:13, 25:20)
Ünvan: GİN-in Voleybol Mərkəzi
“Xilasedici” – “AZERRAIL” 3:0 (26:24, 25:21, 25:20)
Ünvan: FHN-in idman zalı
30 oktyabr
17:00. “Murov Az Terminal” – “Gənclər”
Ünvan: GİN-in Voleybol Mərkəzi



No Comment! Be the first one.