"Turan"dan möhtəşəm qələbə - YENİLƏNDİ - FOTOLAR
Qadın voleybolçulardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasında ilk oyununu keçirib.
Sportify.az xəbər verir ki, rəqib Xorvatiya “Mladost”u olub.
II təsnifat mərhələsində ilk oyun Tovuz Olimpiya İdman Kompleksində təşkil olunub. Qarşılaşmanı gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, “Turan Tovuz” Futbol Klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev və digər rəsmi qonaqlar da izləyiblər.
1500 nəfərlik zalda dolu tribunalar önündə və gur azarkeş dəstəyi altında keçən görüş “Turan”ın aşkar üstünlüyü ilə yadda qalıb. Rəqib yalnız ilk setdə ciddi müqavimət göstərə bilib. Bununla belə, Baş məşqçi Ziya Rəcəbovun komandası hər 3 setdən qələbə ilə ayrılıb – 3:0 (25:20, 25:16,
Bu, Azərbaycan çempionu “Turan”ın Çempionlar Liqasında debüt matçı olub. Cavab görüşü oktyabrın 29-da Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək.
20 oktyabr
CEV Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
19:00. “Turan” (Azərbaycan) – “Mladost” (Xorvatiya) – 2:0 (25:20, 25:16, 25:20)
Hakimlər: Aleksandar Petroviç (Serbiya), Erdal Akıncı (Türkiyə)
“Turan”: 1. Marta Drpa, 2. Barbosa Kosekova, 3. Yelizaveta Ruban, 4. Hanyu Yanq, 6. Ayşən Abduləzimova, 9. Volma Salas Rosell, 10. Ana Yilian Kleger Abel, 12. Minami Yoşioka (libero), 14. Kenya Karkases Opon, 16, Yuliya Kərimova (libero), 17. Jeyeonq Li, 19. Dayeonq Li, 22. Mariya Kirilyuk, 23. Ceyran İmanova
Baş məşqçi: Ziya Rəcəbov
“Mladost”: 1. Konstantina Vlaçaki, 4. Lana Fransetiç, 5. Pamella Adhiambo Ovino, 6. Rita Boqati Panteliç, 7. Dora Braşniç, 8. Ana Prkaçin, 9. Katarina Drobaç, 10. Ana İştuk, 11. Mirta Frönd, 14. Anamariya Çijmar, 16. Nur Debuk (libero), 17. Tonka Boşnyak, 19. Rudi Renko İliç, 20. Leni İvkoviç
Baş məşqçi: Rikkardo Boyeri







No Comment! Be the first one.